Avqustun 5-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Söhbət zamanı dövlət başçıları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonrakı dövrdə regional məsələlər və Bəyanatın müddəalarının həyata keçirilməsi, Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyət və postmünaqişə dövründə regionda sabitlik və təhlükəsizliyin möhkəmləmləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıblar. Dövlət başçıları söhbət əsnasında Azərbaycan-Fransa ikitərəfli əlaqələrinin müxtəlif sahələrinə aid məsələləri də müzakirə ediblər. *** Fransa Prezidenti Emmanuel Makron və Azərbaycan Prezidenti İlham Əliyev regional sabitliyə nail olmaq naminə əməkdaşlıq barədə razılığa gəliblər. TASS-ın məlumatına görə, bu barədə Yelisey sarayının liderlərin telefon danışığı barədə açıqlamasında qeyd olunub. “Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Emmanuel Makron regionda sabitliyin möhkəmlənməsi məqsədilə əməkdaşlıq barədə razılığa gəliblər”, - deyə məlumatda qeyd olunub.