AEL-“Qarabağ” matçında Qurban Qurbanova qarşı təxribat -
VİDEO
Kiprdə keçirilən AEL – “Qarabağ” matçının sonunda qalmaqal yaşanıb. Ağdam klubunun cavab qolundan sonra oyunda gərgin anlar yaşanıb.
Belə ki, Abdulla Zubirin qolundan sonra azarkeşlərdən biri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova qarşı təxribat xarakterli hərəkətlər edib.
Kiprli azarkeşin bu davranışı Qurban Qurbanovu özündən çıxardıb. Matçın baş hakimi qarşılaşmanı baş verən gərginlik səbəbindən dayandırıb.
Qarşılaşma qısa fasilədən sonra bərpa olunub.
Oxunub: 562
Xəbəri paylaş
Paylaş: