"Koronavirusa qarşı nailiyyətlər tənəzzülə uğrayır "-
Dünya real təhlükə dövründə
“Dünya real təhlükə dövrünə qədəm qoyub və koronavirusa qarşı mübarizə ilə bağlı əldə edilən nailiyyətlər hazırda tənəzzülə uğrayır”.
Bunu Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv ölkələr üçün Cenevrədə keçirilən brifinq zamanı təşkilatın Baş katibi Tedros Adanom Qebreisus deyib.
Onun sözlərinə görə, sosial əlaqələrin artması, səhiyyə və ictimai sahədə uyğun olmayan tədbirlərin görülməsi, həmçinin qeyri-bərabər vaksinasiya koronavirusun yayılmasına səbəb olur.
Qebreisus xatırladıb ki, vaksinlərin 80%-dən çoxu yüksək və orta gəlirli ölkələr tərəfindən əldə olunub./qafqazinfo
Oxunub: 262
Xəbəri paylaş
Paylaş: