Yaponiyada koronavirusa yoluxanların sayı 1 milyonu ötüb

Yaponiyada bugünədək koronavirusa yoluxanların sayı 1 milyon nəfəri ötüb.
Belə ki, son sutka ərzində ölkədə 15 mindən çox yeni yoluxma qeydə alınıb.
Bugünədək ölkədə koronavirusdan ölənlərin sayı isə 15,2 min nəfərə çatıb.
Qeyd edək ki, paytaxt Tokioda iyulun 12-dən etibarən epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. Bu səbəbdən Tokio 2020 Yay Olimpiya Oyunları tamaşaçısız keçirilir./trend
Oxunub: 372
Xəbəri paylaş
Paylaş: