Tokio-2020: Hacı Əliyev finalda
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
65 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda hindistanlı Bacranq Puniya ilə üz-üzə gəlib.
Rəqibinə 12:5 hesabı ilə qalib gələn Hacıyev finala vəsiqə qazanıb və ən azı gümüş medalı təmin edib. O, qızıl medal uğrunda qarşılaşmada yaponiyalı Takuto Otoquro ilə qarşılaşacaq. Medal görüşləri sabah gerçəkləşəcək./azxeber.com
Oxunub: 373
Xəbəri paylaş
Paylaş: