Paşinyanın istefasını tələb edən daha bir general İŞDƏN ÇIXARILDI
Ermənistan Baş Qərargahının Əməliyyat Ümumi İdarəsi rəisinin birinci müavini Setepan Qriqoryan vəzifəsindən azad edilib.
Bu barədə Ermənistan Prezidenti sərəncam imzalayıb.
Qeyd edək ki, Qriqoryan 1992-ci ildən Ermənistan ordusunda xidmət edir. 2016-cı ildə ona general-mayor rütbəsi verilib.
General bu ilin fevral ayında baş nazir Nikol Paşinyanın istefasını tələb edən hərbçilərdən biri idi.
Oxunub: 183
Xəbəri paylaş
Paylaş: