Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Ukrayna gənclər hərəkatının lideri: “Qarabağın işğaldan azad olunması bizim üçün nümunədir”
  • “DİFAİ Gənclər Hərəkatı” fəaliyyətə başladı
  • Azərbaycanlı və gürcülər arasında kütləvi dava - Yaralananlar var
  • “Nə qədər ki, prezidentəm, var gücümlə çalışacağam ki…” – İlham Əliyev
  • Tiflisdə kütləvi dava: azərbaycanlı öldürüldü
  • Yuriy Yuzıç: "Ukrayna və Azərbaycan gənclərinin mübadiləsi sisteminin yaradılması vacibdir" - VİDEO

    • Tarix: 7-08-2021, 16:05

    Yuriy Yuzıç: Ukrayna və Azərbaycan gənclərinin mübadiləsi sisteminin yaradılması vacibdir


    Ukraynanın gənclər hərəkatında aparıcı Ukrayna Milli Skaut Təşkilatının (PLAST) sədri, tarixçi ekspert Yuriy Yuzıçın report-un Şərqi Avropa bürosuna müsahibəsi.

    - Təşkilatınız və son vaxtlardakı fəaliyyətiniz barədə nə deyə bilərsiniz?

    - Ölkədə bir neçə skaut təşkilatı fəaliyyət göstərir. PLAST - Ukrayna Milli Skaut Təşkilatı isə ölkəmizdəki, o cümlədən postsovet məkanındakı ən böyük gənclər təşkilatıdır. İnqilabdan sonra qarşımızda ölkəni yenidən qurmaq məsələsi dayanarkən gənclər qrupları yaradıldı, mən də ekspert kimi yardım edirdim. Bir neçə il əvvəl birləşmiş gənclər təşkilatını yaratdıq, - indi bu, Ukrayna Milli Gənclər Birliyi adlanır. Mən də orada İdarə Heyətinin üzvlərindən biriyəm, gənclər siyasətinin, ölkədə gənclər təşkilatlarının yaradılması istiqamətində çalışanlardan biriyəm.

    - Ukraynada yeni mərhələdən keçən gənclər hərəkatını necə qiymətləndirirsiniz? Gənclər yenilənən Ukraynanın həyatına hansı töhfələri verə bilər? Sizcə, gənclər hərəkatının həm ölkənin daxili həyatında, həm də beynəlxalq münasibətlərdə rolu nədən ibarətdir?

    - Təkcə Ukraynanın yox, bir çox ölkənin gənclər siyasətinin məqsədi yarımarjinal, hətta deyərdim, çox marjinal statusdadır. Bu, ona görə baş verir ki, bu məsələyə böyük diqqətin ayrıldığı Sovet İttifaqının süquta uğramasından sonra gənclər hərəkatının, faəl gənclərin birləşməsi və təşəbbüslərini inkişaf etdirmək, ideyalar vermək, onları həyata keçirmək imkanları əldə etməsi üçün faktiki olaraq heç bir infrastruktur yaradılmayıb. Bu səbəbdən düşünürəm ki, bu, təkcə Ukraynanın yox, ümumilikdə postsovet məkanının kontekstidir. Məsələn, Ukraynada gənclərin maksimum 2 faizi gənclər təşkilatlarında iştirak edir.

    Ekspert qiymətləndirməsinə baxsaq, buraya, təqribən, 30 min gənc insan daxildir. Amma bu, qanunun 14-35 yaş arası insanları gənclər kateqoriyasına daxil etdiyi, ümumilikdə, təxminən, 10,5 milyon gənci olan Ukrayna üçün çox aşağı rəqəmdir. Bu, bizdə təkcə gənclər yox, ümumiyyətlə, hər bir siyasətin çox ləng getməsinin səbəblərindən biridir. Avropaya tərəf də ləng addımlayırıq.

    Müşahidə Şurasının rəhbəri olduğum bizim təşkilata gəlincə, hazırda onun 10 mindən bir qədər çox üzvü var. İstisnasız olaraq bütün regionlarda fəaliyyət göstəririk. Bütün vilayət mərkəzlərində uşaqlarla işləyən əməkdaşlarımız var. Amma təəssüflə qeyd etməliyəm ki, kənd yerlərində ümumiyyətlə, gənclər təşkilatları yoxdur. Bu səbəbdən PLAST gənclərin cəlb edilməsi, onların qiymətləndirilməsini və demokratik mühitdə olduqlarını hiss etməsi üçün səylə çalışır. Ukrayna Milli Gənclər Birliyi də boş yerə yaradılmayıb. PLAST ölkə üzrə 150-dən çox yerli təşkilatın cəmi deməkdirsə, Birliyə 600-700 belə təşkilat daxildir.

    SSRİ-dən sonra bizə sovet infrastrukturu miras qalıb və təəssüf ki, bu infrastruktur ötən əsrin 80-90-cı illərindəki kimi işləyir. Buna görə də hələ inqilabdan əvvəl digər təşkilatlardan olan dostlarla bu sahəyə diqqət ayırırdıq, gənclər haqqında qanunlar yazmağa başladıq. Çünki bundan öncəki sosialist düçüncə, təffəkkürlə yazılmışdı. Qanunu yazmaq çox çətin başa gəldi. İnqilabdan sonra onun layihəsi hazır olsa da, parlament əvvəlcə nəyisə qəbul etmək istəmirdi.

    İndi isə xoşbəxtlikdən gənclərlə bağlı artıq yeni qanunumuz var. Artıq ölkədə gənclər günü də fərqli tarixdə qeyd olunacaq. 1994-cü ildəki fərmanla SSRİ-də qeyd olunan gənclər gününün tarixi saxlanılmışdı, ancaq bugünlərdə Prezident Volodimir Zelenski yeni fərman imzalayaraq bu günün bütün dünyada olduğu kimi, avqustun 12-də - Beynəlxalq Gənclər Günündə qeyd olunmasını təsdiqlədi.
    Gənclər siyasətimizin konsepsiyası elə qurulub ki, məktəbdən sonra gənc insan hansısa işlə məşğul olsun, özünü təhlükəsizlikdə, qiymətli hiss etsin. Bu səbəbdən yeni qaydalarda həm də tipik gənclər mərkəzlərinin əsasnaməsini hazırladıq. Son dörd ildə ölkədə 300-dən çox gənclər mərkəzləri yaradılıb. Burada gənclər bir növ öz məkanlarını yaradır. Bu, yeni dizayndır.

    İki vacib problemə toxunmaq istəyirəm. Ölkəmizdə mərkəzlərin və işçilərin sayı azdır. Gənclərin eşidilməsi çox vacibdir, çünki hardasa yeni bir iş görüləndə daha təcrübəli, daha yaşlı insanlar öndə olur və öz gənclik dövrlərində gördüklərinə əsaslarnırlar. Amma müasir gənclər zamanla daha yaxşı ayaqlaşır, onların təklifləri də qulaqardına vurulmamalıdır.

    Daha bir vacib məqam gənclər siyasətində az pulun olmasıdır. Avropa ölkələrini təhlil etsək, görərik ki, orada orta hesabla bir gəncə ayda 40 avro ayrılır. Ukraynada isə bu rəqəm 10 qriven, yəni heç 1 avro belə deyil. Bu səbəbdən gənclər ölkəni tərk edir. Amma digər yandan da Ukraynada 10 milyon aktiv gəncin olduğunu nəzərə alsaq və hərəyə 10 qrivendən belə hesablasaq, böyük məbləğ, təxminən, ildə 4 milyon ABŞ dolları edir. Bu səbəbdən yeni gənclər qanununda gənclərə dəstək verilməsinin yeni yollarını qeyd etmişik. Yeni qanunlarda Ukrayna Gənclər Fondunun yaradılması göstərilib. Fond gənclər siyasətinə toplana biləcək dövlət və qeyri-dövlət vəsaitlərinin toplanması və səmərəli istifadəsi üçün nəzərdə tutulub.
    PLAST ilə bağlı isə onu deyə bilərəm ki, bizim uşaqlarla işləməklə bağlı üç proqramımız var.

     Birinci proqram 6 yaşadək uşaqlarla işi özündə ehtiva edir. İndi 50-yə yaxın belə “yuva”mız var. İkinci proqram 6 yaşdan 11 yaşadək olan uşaqlar üçündür. Bu, deyərdim ki, ən çətin proqramımızdır. Kiyevdə, məsələn, 500 uşaq bu proqramdan yararlanır. Proqramın əsas məqamlarından biri burada volontyorlardan istifadə olunmasıdır. Onlar heç tanımadıqları uşaqlar gündəlik məşğuliyyətlərdən savayı, ildə bir dəfə üç həftə müddətinə onlarla düşərgədə qalır, başqa sözlə, tətillərini uşaqlarla keçirirlər. Üçüncü proqram isə 12-17 yaşlı şəxsləri əhatə edir, təqribən 4,5 min yeniyetməni özündə birləşdirir. Onlar 135 qrup üzrə bölünüblər. Bu, bizim ən böyük aktivimizdir. Xüsusi qeyd edim ki, hazırda parlamentdə də PLAST-ın nəinki proqramlarından keçmiş, hətta təşkilatda yüksək vəzifələrində çalışmış deputatlar var.


    - Göründüyü kimi, Ukraynada həm seçki, həm də inzibati orqanlarda aparılan kadr islahatlarında gənclərə üstünlük verilir. Təşkilatınızın üzvləri bu prosesdə nə dərəcədə iştirak edir?

    - Təşkilatımızın, təqribən, 50-60 nümayəndəsi müxtəlif səviyyələrdə deputatdır, təkcə parlamentdə yox, həm də özünüidarəetmə orqanlarında təmsil olunuruq. Təşkilatımızda uzun illərdən qalma “şakər”in əlaməti olaraq partiyalararası mübarizə təəssüf ki, var və biz tədricən bunu aradan qaldırmağa çalışırıq. Çünki biz qeyri-siyasi təşkilatıq. İndi missiyamızı elə müəyyənləşdirmişik ki, gənclərin tərbiyəsi yolu ilə Ukraynanın yeni cəmiyyətini, yeni dövləti formalaşdırırıq.

    Bu səbəbdən təşkilatımıza üzv olan 18 yaşa qədər olan gənclərin heç biri siyasətə cəlb olunmur. PLAST üzvləri əsasən sosial yönümlü məsələlərdə fəallıq göstərir, məsələn, siqaret çəkməyin ziyanlı olmasını təbliğ edirik. PLAST-ın məqsədi siyasəti dəyişdirmək yox, əsas amalı Ukraynaya sadiqlik, başqalarına yardım olan təşkilatımızın əsasnaməsi əsasında kadr hazırlamaqdır. Bu, bizim əsas dəyərlərimizdir və insanları birləşdirir. Bu dəyərlər əsasında müxtəlif partiyalara mənsub olan gənclər belə ümumi məkanda innovasiyalar yaradırlar.

    PLAST yetirmələri yerli və dövlət səviyyəsində xırda təkanlarla vəziyyəti dəyişir. Ancaq bunun daha sosial tutumlu, daha təsirli olması üçün, əlbəttə, təşkilatımızı azı 40 min üzvə qədər böyütmək lazımdır. Standartlara görə, skaut təşkilatlarının üzvləri, adətən, ümumi əhalinin 1-2 faizi qədərində olur. Yəni, təqribən, 500 min olmalıdır. Amma hazırkı rəqəmlər çox-çox azdır. Üzvlərimizin sayını çoxaltmaq üçün addımlar atırıq.

    Məsələn, vilayətlərdə gəncləri tərbiyə etmək, düşərgələr təşkil etmək məqsədilə kommunal resurs mərkəzləri yaradılıb. Bir neçə regionda isə belə mərkəzlərin yaradılması üzrə təşviqat işləri aparırıq. İşimizi düz qursaq, 400-500 minlik olmasa da, yaxın 10-20 ildə 100 min üzv səviyyəsinə çata bilərik. Amma hələlik arzum 40 minlik skaut “ordu”su görməkdir. Müqayisə üçün qeyd edim ki, Şərqi Avropada üzvlərinin sayına görə cəmi iki təşkilat daha böyük sayıla bilər. Bunlar 100-120 min üzvlə polyaklar və 60 minlik üzvlə çexlərdir. Sonrakı yerlərdə bizimlə bərabər macarlardır.


    - Ukraynada xeyli sayda azərbaycanlı gənc yaşayır. Onlarla ünsiyyətiniz hansı səviyyədədir? Birgə işləriniz olurmu?

    - Təəssüf ki, əməkdaşlığımız sıfırın da altındadır. Məlum olduğu kimi, müharibə şəraitindəyik və bu səbəbdən bizdə Rusiyanın xüsusi xidmət orqanları çox güclü işləyir. Onlar müxtəlif yollarla ukraynalı gənclərin dünyaya açılmasına mane olmağa çalışırlar. Hətta ölkəmizdə fəaliyyət göstərən Rusiyanın “Proksi” təşkilatı üzdə Ukrayna dəyərlərini bəyan etsə də, fakt odur ki, rəqib strukturdur, sovetdən qalma insanlardır. Məqsədləri Ukrayna gənclərinin beynəlxalq gənclər hərəkatına çıxışı imkanlarının qarşısını almaqdır. Bu siyasət hələ ötən əsrin 90-cı illərindən aparılır. Bu barədə ayrıca mövzu kimi danışmaq olar.

    Azərbaycana, Azərbaycan xalqına böyük hörmətim var. Azərbaycanlılarla və Azərbaycan təşkilatları ilə münasibətlərin inkişafında maraqlıyıq.


    - Azərbaycan və Ukrayna gəncləri arasında birgə əməkdaşlıq perspektivi üçün nə təklif edə bilərsiniz?

    - Azərbaycanda gənclər siyasətində başverənləri anladığım qədər, düşünürəm ki, ekspert yardımı təklif edə bilərik. Çünki bilirəm ki, bizdə də, sizdə də, elə vaxtilə SSRİ-nin tərkibində olmuş digər Şərqi Avropa ölkələrində də gənclər siyasətində postsovet standartları tətbiq olunub. Amma Maydandan sonrakı illərdə bu sahədə bizdə yeniliklər çox olub, Avropaya daha çox yaxınlaşmışıq.

    Ekspert yardımını da elə-belə demədim. Biri var, Almaniya və ya digər ölkədən ekspertlər gəlsin və özlərində olanı tətbiq etməyə çalışsınlar, gender məsələləri qabartsınlar, cinsi azlıqların haqlarının tanınmasını önə sürsünlər, biri də var, yerli dəyərlərə bələd olanlardan nəsə eşidib öyrənəsən.
    Bir məqamı da qeyd edim ki, 2014-cü ildə biz sıfır səviyyəsində idik. İndi əldə olunanlar son illərin məhsuludur. İndi yüzlərlə mərkəzimiz var. Azərbaycanın əlində olan və gənclər siyasətinə ayıra biləcəyi resurslarla isə buna daha tez nail olmaq olar. Çünki biz xarici dövlətlərin kiçik qrantları ilə bu infrastrukturu qura bilmişik və bu mərkəzlər artıq dəbə çevrilib.

    Məncə, ukraynalı və azərbaycanlı gənclərin mübadiləsi sisteminin yaradılması vacibdir və da əla olardı. Bizim Polşa ilə belə əlaqələrimiz var. Özü də onlar bu işə ciddi pul ayırır – hər il milyon avro. Biz də milyon ayırırıq, amma qrivenlə... Ölkələrimizin nazirlikləri arasında əməkdaşılıq sazişi imzalansaydı və Azərbaycan nümayəndə heyəti Ukraynaya gəlsəydi, bizdə işlərin necə olduğunu, fəaliyyət mexanizmini canlı şəkildə görərdilər. Bununla da hansı təcrübədən yararlanmağın xeyirli olacağını müəyyənləşdirərdilər. Ekspert ünsiyyətindən savayı, məişət ünsiyyəti də gələcək üçün yaxşı əsaslar qoyardı.



    Oxunub: 271
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.