"Böyük yeddilər" İranı ittiham etdi -
"Tankerə hücuma kollektiv cavab veriləcək"
“Biz ticarət gəmisinə edilmiş bu hücumu pisləyirik. Bu qəsdən, bilərəkdən edilmiş hücumdur və beynəlxalq normaların açıq şəkildə pozulması deməkdir”.
Qərb mediası xəbər verir ki, ABŞ, Böyük Britaniya, Kanada, Almaniya, Fransa, İtaliya və Yaponiyanın yaydıqları birgə bəyanatda vurğulanır.
Sənayecə inkişaf etmiş "Böyük yeddilər" ölkələri ötən həftə Oman körfəzində neft tankerinə hücumu pisləyib və bəyan edib ki, bütün sübutlar göstərir ki, bunun arxasında İran durur.
“Biz ticarət gəmisinə edilmiş bu hücumu pisləyirik. Bu qəsdən, məqsədli şəkildə edilmiş hücumdur və beynəlxalq normaların açıq şəkildə pozulması deməkdir”,- deyə bəyanatda vurğulanır.
Bəyanatda daha sonra deyilir ki, İranın bu cür davranışı, qanunsuz silahlı qüvvələri dəstəkləməsi beynəlxalq sülhə və sabitliyə təhlükədir.
"İranı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə zidd olan bütün hərəkətləri dayandırmağa və bütün tərəfləri regional sabitlik və sülhün möhkəmləndirilməsində konstruktiv rol oynamağa çağırırıq", - deyə bəyanatda bildirilir.
İyulun 29-da Oman körfəzində İsrailin “Zidiac Maritime” şirkəti tərəfindən idarə olunan, Liberiya bayrağı altınfda üzən və Yaponiyaya məxsus tankerə hücum nəticəsində 1 britaniyalı və 1 rumınyalı heyət üzvü həlak olub. “Mercer Street” tankerini Londonda yerləşən, israilli milyarder Eyal Oferin “Zodiac Group” şirkətinə aid “Zodiac Maritime” idarə edir.
ABŞ və digər rəsmilərin sözlərinə görə tankerə hücum pilotsuz aparatla törədilib. İsrail bəyanat yayaraq İsrail İrana qarşı hərbi əməliyyata hazır olduğunu bildirib. İransa bu hücumda əli olmadığını iddia edir.
ABŞ Dövlət katibi Antoni Blinken Britaniyanın ardınca, tankerə hücuma, kollektiv cavab verilcəyini bəyan edib. Tehransa təhlükəsizliyinə qarşı istənilən təhdidə cəld cavab veriləcəyini bəyan edib.