Türkiyə Prezidenti İraqın xarici işlər naziri ilə görüşüb
Rəcəb Tayyib Ərdoğan və Fuad HüseynTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın xarici işlər naziri Fuad Hüseyni qəbul edib.
Bu barədə “Anadolu” xəbər verir.
Bildirilir ki, Türkiyə lideri və İraqın xarici siyasət idarəsinin rəhbəri Ankaradakı Vahdettin iqamətgahında bir araya gəliblər.
Tərəflər arasında danışıqlar qapalı olub. Müzakirələr 40 dəqiqə davam edib. Hələlik görüşdə müzakirə olunan məsələlər barədə mətbuata hər hansı açıqlama verilməyib.
Oxunub: 295
Xəbəri paylaş
Paylaş: