Separatçılar təşvişdə: Gürcüstan Abxaziyanı azad etməyə hazırlaşır

Abxaziyadakı separatçı rejimin rəhbəri Aslan Bjaniya təşvişə düşüb. O, Gürcüstanın əzəli torpağı olan Abxaziyaya hücuma hazırlaşdığını deyərək, separatçıları silahlanmaya çağırıb.
Bjaniya bildirib ki, Cənubi Osetiya və Abxaziya məsələsinin hərbi yolla həlli ssenarisi NATO və Gürcüstanın siyasi gündəmindən çıxarılmayıb, bu səbəbdən respublikaların tam silahlanmasına ehtiyac var.
Separatçı liderin bu həyəcanlı çağırışından sonra regionda yenidən müharibə olacağı barədə fikirlər dolaşmağa başlayıb.
Ekspertlər Gürcüstanın ərazi bütövlüyünü bərpa etmək üçün belə bir addımdan çəkinməyəcəyini düşünürlər.

Hərbi ekspert Ədalət Verdiyev Gürcüstanın öz ərazi bütövlüyünü bərpa edəcəyinə əminliyini ifadə edib. O qeyd edib ki, Azərbaycan separatizmə məruz qalan ölkə kimi qonşuların ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir:
"Gürcüstanın ərazi bütövlüyü həm də NATO dövlətləri tərəfindən dəstəklənir. Belə olan halda Gürcüstan öz ərazi bütövlüyünü bərpa etmək üçün akifayət qədər ciddi tədbirlər görür, NATO ilə birlikdə təlimlər keçirir. NATO ilə silahlanmasını yeniləməkdə ciddi addımlar atır. Odur ki, Gürcüstanın Abxaziyaya hücum etmək niyyəti yoxdur. Amma öz ərazi bütövlüyünü bərpa etmək üçün oradakı separatçı rejimin təmizlənməsinə başlaya bilər. Lakin bunun nə vaxt başlanmasına dair hələlik ciddi siqnallar yoxdur. Amma hazırlıqlar davam etməkdədir".

Ə. Verdiyevin sözlərinə görə, Gürcüstanda münaqişənin yenidən alovlanması bu dəfə regiona kənar qüvvələrin də müdaxiləsini mümkün edir:
"Ona görə kifayət qədər ciddi proseslərdə atılacaq hər bir addımı dərindən düşünüb daşınmaq, dəqiqliklə planlaşdırmaq lazım gələcək. Təbii ki, biz regionda sabitliyin və sülhün tərəfdarıyıq. Amma qonşu dövlətin öz ərazi bütövlüyünü təmin etməsinə kimsə qarşı çıxa bilməz. Uzun müddət separatizmdən əziyyət çəkən Gürcüstan gec-tez ərazi bütövlüyü təmin etməlidir. Bu, həm də beynəlxalq hüququn tələbidir".
Qeyd edək ki, Abxaziya Gürcüstanın şimal-qərbində yerləşir. 1992-ci ildən etibarən gürcü-abxaz münaqişəsi nəticəsində Abxaziyanın ərazisi Gürcüstanın nəzarətindən çıxıb. Abxaziyanın müstəqilliyini Rusiya, Nikaraqua, Venesuela, Nauru, Vanuatu və Suriya istisna olmaqla, heç bir dövlət tanımır. Bu ərazi beynəlxalq aləmdə Gürcüstanın əyaləti kimi qəbul edilir. Abxaziyanın, o cümlədən Cənubi Osetiyanın əraziləri Gürcüstan hökuməti, həmçinin ABŞ Prezidentinin adminstrasiyası və Avropa Komissiyası tərəfindən Rusiya tərəfindən işğal edilmiş Gürcüstan əraziləri kimi qiymətləndirilir.

Oxunub: 297
Xəbəri paylaş
Paylaş: