"Taliban" Əfqanıstanın Tahar əyalətinin mərkəzini ələ keçirdiyini bildirib
"Taliban" hərəkatı Əfqanıstanın şimal-şərqində Tahar əyalətinin mərkəzi Talukan şəhərinin tutulduğunu elan edib.
Bu barədə “taliblər”in mətbuat katibi Zabihulla Mücahid xəbər verib.
Bu barədə “taliblər”in mətbuat katibi Zabihulla Mücahid xəbər verib.
"Gecə yarı Tahar əyalətinin paytaxtı bütün obyektləri - qubernatorun iqamətgahı, polisin, kəşfiyyat mərkəzinin, həbsxananın və bütün dövlət idarələrinin qərargahı ilə tutulub", - “taliblər”in mətbuat katibi tivtterdəki hesabında bildirib.
Əfqanıstanın və əyalətin rəsmi hakimiyyəti hələ bu bəyanatı şərh etməyib.
Daha əvvəl bazar günü səhər Mücahid bildirib ki, “taliblər” Sari-Pul və Kunduz əyalətlərinin mərkəzlərini tutublar. Ancaq sonra Əfqanıstan ordusu xüsusi təyinatlı dəstəsinin Kunduz şəhərinin təmizlənilməsi üzrə əməliyyat keçirməsi barədə məlumat yayıb.
Oxunub: 377
Xəbəri paylaş
Paylaş: