Türkiyədə daha bir avtobus qəzası olub -
6 nəfər ölüb
Türkiyənin İzmir şəhərində Kemalpaşa rayonunda mikroavtobus qəzaya uğrayıb.
İzmir valisi Yavuz Səlim bildirib ki, içərisində türbə ziyarətindən dönən sərnişinlərin olduğu avtobus idarəetməni itirərək dərəyə aşıb.
Nəticədə 6 nəfər ölüb, çox sayda sərnişin yaralanıb.
Qeyd edək ki, dünən gecə saatlarında Balıkəsirdə baş verən ağır yol qəzası nəticəsində 15 nəfər ölüb.
Oxunub: 293
Xəbəri paylaş
Paylaş: