Türkiyədə təhlükəli yanğınların hamısı söndürülüb
Türkiyədə yaşayış məntəqələri üçün təhlükə törədən meşə yanğınlarının hamısı söndürülüb. Bu barədə kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli “A Haber” telekanalının efirində bildirib.
“Hazırda yaşayış məntəqələrinə təhlükə törədən yanğınlar yoxdur. Yanmış ərazilər başqa məqsədlər üçün istifadəyə verilməyəcək, onlar bərpa ediləcək”, - nazir deyib.
Məlum olduğu kimi, Ankara son günlər meşə yanğınlarının şiddətləndiyi qonşu Yunanıstana yanğınsöndürmə təyyarələri göndərmək imkanlarını nəzərdən keçirir.
Oxunub: 246
Xəbəri paylaş
Paylaş: