Hindistanda 350-dən çox kənd su altında qalıb

Hindistanın şimalındakı Uttar-Pradeş ştatında leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində 357 kənd su altında qalıb.
Belə ki, əldə edilən məlumata görə regionda Qanq çayını səviyyəsi 2 metrdən çox qalxıb.
97 kəndin ətraf aləmlə əlaqəsi tamamilə kəsilib. Ştat rəhbərliyi sakinlərin təxliyəsini həyata keçirir.
Son üç həftə ərzində davam edən musson yağışları və daşqınlar nəticəsində Hindistanda 400 nəfər həlak olub./trend
Oxunub: 368
Xəbəri paylaş
Paylaş: