Yunanıstan adasında yanğınlar hələ də tüğyan edir
Yunanıstanın ikinci böyük adası olan Euboeada 6 gündür davam edən meşə yanğınları nəzarət altına alına bilməz vəziyyətə çatıb.
Yerli KİV xəbər verir ki, "biri şimalda, digəri cənubda Euboeada iki böyük yanğın cəbhəmiz var" deyə bildirən Mülki Müdafiə və Böhran İdarəetmə nazirinin müavini Nikos Hardalias, güclü küləklərin şimaldakı alovları sahil kəndlərinə doğru itələdiyini qeyd edib.
Hardalias, Euboeadakı yanğınlara 17 təyyarə və helikopterin, qurudan isə 260 yunan xilasetmə qrupu və 89 maşın, Ukrayna və Rumuniyadan isə 200 -dən çox yanğın söndürənin cəlb edildiyini bildirib.
Oxunub: 249
Xəbəri paylaş
Paylaş: