Hulusi Akar Suriya ilə sərhədə gəldi
Türkiyənin Milli Müdafiə Nazirliyi xəbər verir ki, nazir Hulusi Akar ordu komandanları ilə birlikdə Hatayda yerləşən hərbi hissəyə baş çəkib, İdlib bölgəsindəki anti-terror əməliyyatlarının idarə edildiyi birlikdə bölgədəki son vəziyyətlə tanış olub.
Qeyd edək ki, Rusiya ilə Türkiyə arasındakı razılığa əsasən, əldə olunan atəşkəs martın 6-da saat 00.01-də qüvvəyə minib. Hələlik münaqişə bölgəsindəki vəziyyətlə bağlı rəsmi açıqlama yoxdur.
Türkiyə və Rusiya Suriyanın ərazi suverenliyini dəstəklədiklərini və terrorizmlə mübarizə aparacaqlarını təsdiq ediblər.
Martın 5-də imzalanan memoranduma görə, Türkiyə tərəfi Suriya hökumət qüvvələrinin hərəkətlərinə cavab vermək hüququnu özündə saxlayıb.
Oxunub: 636
Xəbəri paylaş
Paylaş: