ABŞ yeni "PAC-3" hava hücumundan müdafiə sistemini sınaqdan keçirib
ABŞ-da “Patriot PAC-3” hava hücumundan müdafiə sistemi uğurla sınaqdan keçirilib.
“RİA Novosti” xəbər verir ki, bu barədə “Lockheed Martin” şirkətindən bildirilib.
Şirkətin internet saytında verilən məlumata görə, raket poliqonunda uçuş sınaqları zamanı “PAC-3” versiyalarından birinin hədəfləyicisinin modernləşdirilməsi nümayiş etdirilib və digərinin etibarlılığı təsdiq olunub – hər iki sistem ballistik raketləri uğurla zərərsizləşdirib.
Hesabatda qeyd olunur ki, “PAC-3” hava hücumundan müdafiə sistemləri üçün raket və buraxıcı qurğuların proqram və aparat təminatı təkmilləşdirilib.
Şirkətdən verilən məlumata görə, ilin sonunda əlavə sınaqların keçirilməsi gözlənilir./apa
Oxunub: 268
Xəbəri paylaş
Paylaş: