Rusiya İrəvana nələr hədiyyə edib?- Ohanyan açıqladı

Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sərkisyanın dövründə ölkəyə milyard dollarlıq silah gətirilmişdi.
Bunu Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.
“Rusiya ilə ilk hərbi-texniki əməkdaşlıqla bağlı müqavilə Robert Köçəryanın dövründə imzalanmışdı. Onun əsasında bura 3 ədəd S-300 sistemi gətirilmişdi, Moskva 2 ədəd İl-76 təyyarəsi hədiyyə etmişdi.
Daha bir təyyarə Sərkisyanın dövründə alındı. Və onların ümumi dəyəri hakim partiyadan olan bəzi deputatların gətirdiyi rəqəmlərdən qat-qat yüksəkdir. Təxminən bir milyard dollara çatır”, - Ohanyan bildirib.

Ohanyan daha sonra bildirib ki, müdafiə naziri olduğu vaxt Ermənistana silah daşımaq üçün Rusiyadan təxminən 1300 təyyarə uçuşu edilmişdi:
“Xüsusilə S-300, “Toçka-U” “İsgəndər”. Ermənistana silah gətirilməsi hər zaman davam edirdi. Bu tədarüklər 2018 -ci ildən sonra baş verənlərlə müqayisə oluna bilməz”.
Keçmiş müdafiə nazirinin sözlərinə görə, 2016-cı ildən sonra böyük ölçüdə PUA alınması planlaşdırılırdı, amma layihə həyata keçirilmədi.
Oxunub: 415
Xəbəri paylaş
Paylaş: