Ərdoğan Brüsselə gedir -
Miqrasiya böhranı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı miqrant böhranı ilə bağlı Belçikanın paytaxtı Brüsselə rəsmi səfər planlaşdırır.
Türkiyə mediası xəbər verir ki, bu barədə Türkiyə liderinin administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, səfər martın 9-na nəzərdə tutulub.
Xatırladaq ki, cümə günü Ərdoğan Almaniya Kansleri Angela Merkel ilə telefon danışığı aparıb, Prezident Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasında qaçqınlar haqqında razılaşmanın yerinə yetiriməməsi səbəbindən onun yenidən nəzərdən keçirilməsinə zərurət yarandığını bildirib.
Türkiyə lideri Afinanın Aİ Konstitusiya Müqaviləsini və Cenevrə Konvensiyasını qulaqardına vurmaq niyyətinin beynəlxalq hüquqa zidd olduğunu da vurğulayıb.
Oxunub: 438
Xəbəri paylaş
Paylaş: