Türkiyədə daşqın olub, ölən və itkin düşən var - FOTO

Türkiyənin şimalında yerləşən Bartın əyalətinin Ulus rayonunda sel suları bəzi ərazilərdə körpüləri aşırıb, yolları dağıdıb.
“TRTHaber” xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər isə itkin düşüb.
Məlumata görə, xilasedicilər Yenixan kəndində evlərdə çıxılmaz vəziyyətdə qalan 20 nəfəri xilas ediblər.
Rayon ərazisində bir neçə yerdə torpaq sürüşməsi də baş verib. Bu səbəbdən Bartın-Karabük avtomobil yolu Yenixan kəndində gediş-gəliş üçün bağlanıb./report


Oxunub: 257
Xəbəri paylaş
Paylaş: