Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3 % artıb
2021-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 22931,1 milyon manatlıq, o cümlədən 12379,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10551,7 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
Bu barədə Statistika Komitəsindən bildirilib. 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,6 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,4 %, qeyri-ərzaq malları üzrə 2,8 % artıb.
Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:Məhsul qruplarının adları Satışdan gəlir, milyon manatla 2020-ci ilin yanvar-iyul aylarına nisbətən, faizlə Pərakəndə ticarət dövriyyəsi 22 931,1 102,6 o cümlədən: ərzaq məhsulları 11 176,2 102,5 içkilər və tütün məmulatları 1 203,2 100,7 toxuculuq məhsulları, geyim və ayaqqabılar 3 152,7 102,4 elektrik malları və mebellər 1 193,7 101,0 kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 193,9 118,6 əczaçılıq məhsulları və tibbi ləvazimatlar 505,4 131,3 avtomobil benzini və dizel yanacağı 1 393,5 103,1 digər qeyri-ərzaq malları 4 112,5 100,3
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,7 %-i ərzaq məhsullarının, 5,3 %-i içkilər və tütün məmulatlarının, 13,8 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 %-i avtomobil benzini və dizel yanacağının, 5,2 %-i elektrik malları və mebellərin, 2,2 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
2021-ci ilin yanvar-iyul aylarında istehlak mallarının dəyər ifadəsində 27,6 %-i ticarət müəssisələri, 49,5 %-i fərdi sahibkarlar tərəfindən, 22,9 %- isə bazar və yarmarkalarda satılıb. 2020-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 22,7 %, fərdi sahibkarlar üzrə 0,5 % artmış, bazar və yarmarkalarda isə 11 % azalıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 327,2 manatlıq, o cümlədən 176,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 150,6 manatlıq qeyri-ərzaq malları alıb./report