Şoyqu Rusiyanın Ermənistana yeni ordu qurmağa hazır olduğunu deyib
Ermənistan Zaqafqaziyada təhlükəsizliyin təmin edilməsində Moskvanın müttəfiqi və əsas tərəfdaşıdır. TASS xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu, Arşak Karapetyanı Moskvada Ermənistanın müdafiə naziri rütbəsində qarşılayaraq bildirib.
O həmçinin qeyd edib ki, Rusiya Ermənistan silahlı qüvvələrinin modernləşdirilməsi prosesinə töhfə verməyə hazırdır.
"Biz həm ikitərəfli formatda, həm də KTMT çərçivəsində hərbi sahədə əməkdaşlığımızın inkişafına böyük əhəmiyyət veririk. Eyni zamanda, Silahlı Qüvvələrinizin islahat proqramının həyata keçirilməsinə kömək etməyə hazırıq", - Şoyqu bildirib.
O qeyd edib ki, Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazası yaxşı təchiz olunub və respublikanın təhlükəsizlik qarantı sayılır.
Şoyqu Karapetyanı bu vəzifəyə təyin olunması münasibətilə təbrik edərək, əlavə edib ki, bu təyinat "ölkənin müdafiə sektorunda islahatların keçirilməsi ilə bağlı mühüm vəzifələrinin olduğu çətin bir dövrdə" baş verib.
Karapetyan öz növbəsində Şoyquya Ermənistan ordusunun döyüş qabiliyyətinin bərpasına, qoşunların təchiz edilməsinə kömək etmək istəyinə görə minnətdarlığını bildirib.
O, vurğulayıb ki, müdafiə naziri vəzifəsində ilk xarici səfərini Ermənistanın strateji müttəfiqi olan Rusiyaya edib. "Rusiya, erməni xalqı üçün həqiqətən real təhlükəsizlik şəraiti yaradır və bu gün təkcə Dağlıq Qarabağda deyil, həm də birbaşa Ermənistan sərhədlərində təhlükəsizlik problemləri ilə məşğul olan yeganə dövlətdir", - Karapetyan vurqulayıb.