Jirinovski məhkəməyə verildi
Rusiya Liberal Demokrat Partiyasının sədri, deputat Vladimir Jirinovski məhkəməyə verilib.
Rusiya KİV-i xəbər verir ki, deputat İrina Çirkova Jirinovskinin onu oğurluqda ittiham etməsinə görə məhkəməyə müraciət edib.
“Məhkəməyə müraciət etməyimin konkret səbəbi “Exo Moskvı” radiosunun efirində Jirinovskinin məni cinayətdə ittiham etməsi olub. Təbii ki, onun dedikləri həqiqətə uyğun deyil və ləyaqətimi alçaldan addımdır”, - deyə xanım deputat söyləyib.
Deputat şikayətini geri götürmək üçün Jirinovskinin hamının önündə ondan üzr istəməli olacağını əlavə edib.
Oxunub: 285
Xəbəri paylaş
Paylaş: