Nikol Paşinyan: “Ermənistan Azərbaycanla danışıqları bərpa etməyə hazırdır”

Ermənistan baş naziri Nikol Paşinyan ölkəsinin Azərbaycanla danışıqları bərpa etməyə hazır olduğunu bəyan edib.
“TASS” xəbər verir ki, o, bunun üçün ATƏT-in Minsk qrupundan konkret təkliflər gözlədiyini bildirib.
“Yerevan regional kommunikasiya xətlərinin açılması üçün Rusiya, Ermənistan və Azərbaycan baş nazir müavinlərindən ibarət üçtərəfli komissiyanın da fəaliyyətini bərpasına hazırdır”, - N.Paşinyan söyləyib./report
Oxunub: 551
Xəbəri paylaş
Paylaş: