Ermənistan MN-nin anbarında yanğın
Ermənistanın Müdafiə Nazirliyinin anbarlarından birində yanğın baş verib.
Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinə xəbər verib. Belə ki, yanğın dünən axşam saatlarında nazirliyin paytaxt İrəvanda yerləşən anbarlardan birində başlayıb.
Məlumata əsasən, hadisə yerinə Ermənistan FHN-nin 6 yanğınsöndürmə və xilasetmə qrupu göndərilib. Bildirilir, yanğın nəticəsində N saylı hərbi hissənin ərazisində təxminən 2,5 hektar ot örtüyü, 150 pəncərənin taxta çərçivələri və 15 şalban yanıb./qafqazinfo
Oxunub: 312
Xəbəri paylaş
Paylaş: