Məsələyə BMT qarışdı-
"Üçtərəfli anlaşmaya əməl olunsun"
BMT Bakı və İrəvanı üçtərəfli anlaşmanın şərtlərinə əməl etməyə çağırıb.
Globall.az News.ru-ya istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında BMT-nin rəsmi nümayəndəsi Stefan Dyujarrik bildirib. Onun sözlərinə görə, təşkilatın Qarabağda monitorinq missiyası yoxdur.
"Biz regionda məskunlaşmış vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə, tərəfləri bu vaxta qədər əldə edilən razılaşmanın şərtlərinə əməl etməyə çağırırıq" -deyə, o vurğulayıb.
Qeyd edək ki, məlum olduğu kimi az öncə Ermənistan öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşıyaraq üçtərəfli anlaşmanı kobud şəkildə pozmuşdur./globall.az
Oxunub: 252
Xəbəri paylaş
Paylaş: