“Facebook”dan tibbi maska reklamlarına QADAĞA
“Facebook” sosial şəbəkədə tibbi maskaların reklamına müvəqqəti qadağa qoyub.
Bu barədə şirkətin məhsul idarəetmə şöbəsinin müdiri Rob Letern “Twitter” hesabında açıqlama yayıb.
Şirkətin yeni növ koronavirusun yaratdığı xəstəliyin yayılması kontekstində bu məhsula artan tələbatdan sui-istifadənin qarşısını almaq üçün belə etdiyi bildirilib.
“Biz satış üçün təqdim olunan tibbi maskaların reklamını qadağan edirik. İnsanların fövqəladə vəziyyətdən faydalanmağa çalışdıqlarını görsək, lazımi tədbirlər görəcəyik”, - deyə R.Letern qeyd edib.
Oxunub: 387
Xəbəri paylaş
Paylaş: