Üçüncü Dünya Müharibəsi başlaya bilərmi?-
Rusiya ilə Çinin gizli sövdələşməsi
Yaponiyanın bir sıra ərazilərini ələ keçirməklə bağlı Rusiya ilə Çin arasındakı gizli sövdələşmə Üçüncü Dünya Müharibəsinin başlanmasına səbəb ola bilər.
News.ru xəbər verir ki, bu sözləri, ABŞ-ın Hərbi Dəniz Akademiyasının hərbi-dəniz strategiyası üzrə kafedra komandiri, analitik Ceyms Xolms deyib. Bu barədə "The National Interest" məlumat yayıb.
Analitik, Rusiyanın Yaponiyaya hücum etməklə bağlı maraqları barədə rəy bildirməsə də, Çinlə bağlı öz mövqeyini bəyan edib. Onun fikrincə, Pekin mübahisəli Senkaku adasından imtina etməyəcək. Bundan başqa, Yaponiyaya qarşı aqresiya ABŞ-ın ünvanına üçün xəbərdarlıq mesajı olacaq. Xolms belə hesab edir ki, Vaşinqton, ABŞ-ın mümkün münaqişədə 30-cu illərin britan və fransız siyasətçilərinin rolunu oynayıb-oynamayacağı barədə düşünməlidir. Belə ki, o zaman liderlər İkinci Dünya Müharibəsini başladan nasist Almaniyasının rəhbəri Adolf Hitleri sakitləşdirməyə çalışırdılar.
Mütəxəssis belə hesab edir ki, Şərqi Asiyada "30-cu illərin yeli əsir",ona görə də eyni mənzərənin yaşanacağı heç də istisna deyil. Xolms əlavə edib ki, qarşıdurma baş verəcəyi halda, Yaponiyada, öz müttəfiqləri üçün hər an ayağa qalxa biləcək amerikan qoşunları yerləşir. Analitikin fikrincə, Rusiya və Çin Yaponiyaya zərbə endirmək üçün qeyri-nüvə strategiyasından istifadə edə bilərlər və ABŞ da çətin ki, buna etinasız qalsın.
Globall.az