Qareginin büstü hələ də yerindədir - Rusiya XİN-in çağırışına məhəl qoyulmayıb

Sülhməramlılar ermənilərin Xocavənd rayonunun mərkəzində erməni faşist lideri, azərbaycanlılara qarşı 1918-1920-ci illərdə soyqırımı törətmiş Qaregin Njdeyə ucaldılan büstü sökməyiblər.
Ermənistan KİV-i xəbər verir ki, büstün söküləcəyi ilə bağlı bu ilin yanvar-fevral aylarında informasiyalar yayılsa da, büst hələ də yerindədir. Bu gün şəhərdə yeni asfalt çəkilişi zamanı yayılan görüntülərdə büstün hələ də yerində olduğu açıq görünür.
Halbuki, büstün sökülməsi ilə bağlı Azərbaycan XİN-i ilə yanaşı, Rusiya XİN-i də çağırış etmişdi.
Qaregin Njde Hitler Almaniyası ilə əməkdaşlıq etdiyi üçün Sovet İttifaqı məhkəməsi tərəfindən həbsə məhkum olunmuşdu. O, 1955-ci il dekabrın 21-də Rusiyanın Vladimir şəhərində həbsxanada ölmüşdü.
Oxunub: 229
Xəbəri paylaş
Paylaş: