Türkiyədə daha bir meşə yanğını başlayıb
Türkiyənin Kahramanmaraş əyalətində meşəlik ərazidə yeni yanğın ocağı yaranıb.
"Haberturk" xəbər verir ki, Onikişubat mahalının Demrek məhəlləsində yerləşən meşəlik ərazidə ildırım çaxması nəticəsində yanğın baş verib.
Kahramanmaraş Meşə Bölgəsi Müdirliyi tərəfindən bölgəyə 10 su çiləyicisi, 3 inşaat maşını, 10 texniki işçi və 100 yanğınsöndürmə işçisi göndərilib. Yanğının söndürülməsinə havadan 4 helikopter də cəlb olunub. Ekipajlar alovun qarşısını almaq üçün işlərini davam etdirirlər.
Oxunub: 348
Xəbəri paylaş
Paylaş: