Türkiyədə daşqınlar zamanı həyatını itirənlərin sayı 58 nəfərə çatıb
Türkiyənin qərbi Qara dəniz bölgəsində baş verən sel daşqınları nəticəsində ölənlərin sayı artıb.
Türkiyə mətbuatı xəbər verir ki, təbii fəlakət nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb.
Belə ki, Kastamonuda 48, Sinopda 9, Bartında 1 nəfər həyatını itirib. Təbii fəlakət zamanı həmçinin 80-ə yaxın insan itkin düşüb. Məlumata görə, daşqın zonalarından itkin düşənlər haqqında ümumilikdə 77 xəbər daxil olub.***Türkiyənin qərbi Qara dəniz bölgəsində baş verən sel daşqınları nəticəsində ölənlərin sayı artıb.
Təbii fəlakət nəticəsində ölənlərin sayı 55 nəfərə çatıb.
Ən çox həlak olan Kastamonuda qeydə alınıb. Burada 46 nəfər təbii fəlakətin qurbanı olub. Bununla yanaşı, 8 nəfər Sinopda, 1 nəfər isə Bartın vilayətində ölüb.
Oxunub: 380
Xəbəri paylaş
Paylaş: