Haitidə zəlzələ qurbanlarının sayı 304-ə çatıb- 1,8 min nəfər xəsarət alıb
Haitidə zəlzələ qurbanlarının sayı artıb.
Xarici mətbuat xəbər verir ki, bu barədə yerli xilasedicilər məlumat yayıb.
Məlumata görə, təbii fəlakət zamanı ölənlərin sayı 304 nəfərə çatıb. Həlak olanların 160-ı ölkənin cənubunun payına düşür. Qeyd edilir ki, təbii fəlakət nəticəsində xəsarət alanları sayı 1,8 min nəfərə yüksəlib.
Zəlzələ dünən baş verib. Haitinin baş naziri Ariel Anri təbii fəlakətlə əlaqədar fövqəladə vəziyyət rejimi elan edib. Yeraltı təkanlar 7,2 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.
***
Haitidə zəlzələ qurbanlarının sayı artıb.
Bu barədə "Reuters" ölkənin Mülki Müdafiəsinə istinadən məlumat yayıb.
Məlumata görə, təbii fəlakət zamanı ölənlərin sayı 227 nəfərə çatıb.
Bu barədə "Reuters" ölkənin Mülki Müdafiəsinə istinadən məlumat yayıb.
Məlumata görə, təbii fəlakət zamanı ölənlərin sayı 227 nəfərə çatıb.
Qeyd edilir ki, ölənlərin 158-i ölkənin cənubunun payına düşür. Təbii fəlakət zamanı habelə yüzlərlə insan xəsarət alıb və ya itkin düşüb. Xəstəxanalar yaralıları qəbul etməkdə davam edirlər.
Haitinin baş naziri Ariel Anri təbii fəlakətlə əlaqədar fövqəladə vəziyyət rejimi elan edib. Zəlzələ 7,2 bal gücündə baş verib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.





Oxunub: 360
Xəbəri paylaş
Paylaş: