""Taliban" silahlıları Kabilə daxil olub"- Əfqanıstan DİN
Əfqanıstanın Daxili İşlər Nazirliyi "Taliban" hərəkatı silahlılarının ölkənin paytaxtı Kabilə daxil olduğunu bəyan edib.
Bu barədə "Reuters" məlumat yayıb.
"RİA Novosti" agentliyi isə silahlıların paytaxtın qərbindəki Kabil universitetinə nəzarəti ələ keçirdiyini xəbər verib. Qeyd edilir ki, Kabilin rayonlarından birində "Taliban"ın bayrağı ucaldılıb.
Qeyd edək ki, Kabil ölkə hökumətinin nəzarət etdiyi sonuncu böyük şəhərdir.
Oxunub: 427
Xəbəri paylaş
Paylaş: