Azay Quliyev:
"Qrant siyasətimiz Qarabağda quruculuğa yönəldiləcək"
Bunu Ağadama səfəri zamanı jurnalistlərə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyev bildirib.
O qeyd edib ki, Agentliyin qrant siyasəti ilk növbədə Qarabağın quruculuğuna yönəldiləcək: "Bizim Qarabağa qayıdışla bağlı çox ciddi planlarımız var. Həm maddi, həm təşkilati, həm də informasiya baxımından... Beynəlxalq təşkilatları ölkəmizə dəvət etmələri üçün Azərbaycanda fəaliyyət göstərən QHT-lərə dəstək olacağıq.
A.Quliyev əlavə edib ki, bundan başqa Azərbaycanın haqlı mövqeyini dünyada bir daha tanıtmaq üçün informasiya müharibəsinə xüsusi önəm verilməlidir: "Son vaxtlar ermənilər tərəfindən Azərbaycana qarşı yalan və böhtan xarakterli kampaniyaya başlanılıb. QHT-lər bu işlərdə fəal olmalıdırlar. Onlar gördüklərini olduğu kimi, yerli və xarici ictimaiyyətin diqqətinə çatdırmalıdırlar. Burada QHT-lərin kifayət qədər potensialı var ki, beynəlxalq təşkilatları, xüsusilə ATƏT, Avropa İttifaqı, BMT, Avropa Şurası və onun digər qurumlarını bu istiqamətdə məlumatlandırsınlar".