KİV:
"ABŞ Kabildən təxliyə işlərini dayandırıb"
ABŞ Silahlı Qüvvələri Kabildə Həmid Kərzai Beynəlxalq Hava Limanının uçuş zolağını təmizləmək üçün təxliyə işlərinə fasilə verib.
“Reuters” xəbər verir ki, bu barədə təhlükəsizlik qüvvələrində adı çəkilməyən mənbə bildirib.
“Al Jazeera” xəbər verir ki, əcnəbi diplomatları daşıyan çoxlu sayda helikopterlərin qalxması, həmçinin yeni “Taliban” iqtidarından canını qurtarmaq üçün ölkəni tərk etmək istəyənlərin buraya toplaşması üzündən paytaxt hava limanının fəaliyyəti iflic olmaq vəziyyətindədir.
Oxunub: 364
Xəbəri paylaş
Paylaş: