Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Müdafiə Nazirliyi: "Hazırda Ermənistan-Azərbaycan sərhədində vəziyyət sabitdir"
  • “Rusiya Ermənistan-Azərbaycan sərhədində gərginlikdə maraqlıdır“ - erməni deputat
  • "Avia.pro": Azərbaycan öz hava məkanından Rusiya hərbi təyyarəsinin keçməsinə icazə verməyib
  • Rusiya MN-dən Qarabağ açıqlaması: "Dağlıq Qarabağdakı vəziyyəti mümkün qədər tez sabitləşdirmək..."
  • Azərbaycan Rusiyanın atəşkəs təşəbbüsünü qəbul edib - Ermənistan isə tankları işə salıb
  • “RUSLAR BURDAN SUYU SÜZÜLƏ-SÜZÜLƏ GEDƏCƏKLƏR!”- “Moskva məcbur etmək istəyir ki, 5 illik müddətdən geri çəkilək”

    • Tarix: 17-08-2021, 10:50



    “Azərbaycan hakimiyyəti açıq danışmağa başlasa, bu kifayət edər ki, Təbriz ayağa qalxsın”
    Azərbaycan-Ermənistan sərhədində, o cümlədən Rusiya sülhməramlılarının yerləşdikləri ərazilərdə gərginlik davam edir. Son hadisələr göstərir ki, Moskva Azərbaycan-Ermənistan sərhədində və Qarabağdakı nəzarətimizdən kənar bölgələrdə vəziyyəti qəsdən kəskinləşdirərək, Azərbaycanın bir sıra məsələlərdə geri çəkilməsinə nail olmaq istəyir.
    Mövzu ilə bağlı politoloq Zərdüşt Əlizadə azpolitika-ya müsahibə verib.
    Müsahibəni təqdim edirik:

    - Zərdüşt bəy, son iki həftədir ki, Rusiya sanki bilərəkdən Azərbaycanla münasibətləri kəskinləşdirir, açıq formada Ermənistana tərəfkeşlik edir, bu ölkənin məğlub olan ordusuna hər cür dəstək göstəriləcəyini bildirir.
    Bir qədər irəli gedən Rusiya Müdafiə Nazirliyi “Dağlıq Qarabağın müdafiə dəstələri” ifadəsini işlədir.
    Siz Rusiyanın Azərbaycana qarşı bu cür diplomatiya və səmimi əməkdaşlıq ruhundan uzaq addımlarını nə ilə izah edirsiniz?

    - Əvvəla, qeyd etməliyik ki, baş verənlər qanunauyğundur və gözlənilən idi. 2020-ci ilin noyabrın 9-dan 10-na keçən gecə İlham Əliyev razılıq verdi ki, müharibə dayansın və sülhyaratma missiyası çərçivəsində rus əsgərləri regiona gəlsin.
    O zaman mən anladım ki, belə də olacaq. Çünki rus sülhməramlılarının Qarabağa yerləşdirilməsi ona xidmət edirdi ki, Qarabağın subyekt olduğunu göstərsin və subyektin hamisi kimi özünü bölgəyə sırımaq hüququ qazansın. Bu qədər sadə. Əsas məqsəd bu idi.

    Ancaq sizə səmimi deyim ki, Azərbaycanın bu qərarını mən məmnuniyyət hissi ilə qarşıladım. Niyə? Çünki mən bilirdim ki, işğal altında olan ərazilərimizin 75 faizinin Azərbaycana qayıtmasını tanıyacaqlar. Tanıdılar da. İndi qaldı 25 faiz torpağımız. Burada da Rusiya öz oyununu aparır.

    Rusiya Müdafiə Nazirliyi bir neçə gün əvvəl elan edib ki, Azərbaycan Silahlı Qüvvələri “Dağlıq Qarabağın Silahlı Qüvvələrinə” atəş açıb. Diqət edin, Putin bir tərəfdən deyir ki, Qarabağ Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan torpağıdır, digər tərəfdən də deyirlər ki, “Dağlıq Qarabağın Silahlı Qüvvələri” var.
    Yəni onların mövcudluğunu qanuni hesab edirlər. Açıq desək, ruslar ikili oyun aparır. Diplomatiya da elə ikili oyundur. Diplomatiya heç vaxt birmənalı oyun olmayıb.

    Tarixi hadisələrin gedişat istiqamətini bildiyimizdən mən əminəm ki, narahat olmaq, qorxmaq lazım deyil. Əksinə, təmkin nümayiş etdirmək və səbrlə gözləmək lazımdır. 5, 10, 15, lazım gəlsə 20 il səbr etmək lazımdır. Ruslar buradan suyu süzülə-süzülə gedəcəklər. Necə ki, Vyetnamdan, Kubadan, bütövlükdə ərəb dünyasından, sosialist ölkələrindən və nəhayətdə postsovet ölkələrindən getdilər. Bəli, bəzən münaqişə, bəzən sakit fomada, bəzən cığallıqla bu ərazilərdən getməli oldular.
    Əsas odur ki, getdilər. Zaman gələcək ki, Rusiya Ermənistandan, elə bizim ərazilərimizdən də gedəcək. Odur ki, baş verənlərin fonunda hansısa sarsıntıya, çarpışmaya, hərəkətlərə, kəllə atmağa və təpik vurmaq haqqında düşünməyə ehtiyac yoxdur. Zaman bizim xeyrimizə, Rusiyanın əleyhinə işləyir. 



    - Rusiyanın bu davranışlarının məqsədi nədir, bizi Qarabağda olan 20-25 minə yaxın ermənilərə hansısa status verməyə məcbur etmək istəyirlər?

    - Yox, Rusiya Qarabağdakı ermənilərə heç tüpürmək istəmir. Ruslar istəyir ki, burada olsun və qalsınlar. Ruslar istəyir ki, onların buradakı mövcudluğunu biz qəbul edək. 

    - Bəyəm biz qəbul etməmişik?

    - Etmişik, onları ərazimizə də buraxmışıq. Sadəcə ruslar istəyir ki, biz 4 ildən sonra israr edib deməyək ki, qardaş vaxtın tamam oldu, şələ-şüləni topla get.
    Onlar istəyir ki, məsələn, biz sülhməramlıların müddətsiz mandatına imza ataq. Biz də bunu istəmirik. O zaman məcbur idi ki, sülhməramlıların 5 il müddətində regionda qalmasına razılaşsın.
    İndi isə bizi məcbur etmək istəyir ki, 5 illik müddətdən geri çəkilək, müddətsiz müqavilə imzalayaq. Hansısa mandatı onların istəyi ilə uzadaq ki, rus sülhməramlılar istəyəndə gəlib azərbaycanlıların belinə minsin.
    Onların istəyi budur. Bəli, onlar Ermənistanı məcbur edib, ermənilər də öz süverenliyindən imtina edərək öz ipini Rusiyanın əlinə verib. İndi istəyirlər ki, biz də bunu edək. Biz isə etmirik, qəbul etmirik. Çünki biz Ermənistan deyilik. 

    - Bu məntiqdən belə çıxır ki, Bakı Moskvanın bu istəklərinə qarşı qəti müqavimət göstərir...

    - Əlbəttə, müqavimət göstərir. Elə müqavimət göstərməsinin səbəbidir ki, Rusiya əsəbləşir, başlayır bəyanat verməyə, “Azərbaycan ordusunun Dağlıq Qarabağın ordusuna atəş açdığını” deyir. Bu mövqe rusları məcbur edir ki, üzə dursun və bozarsın. 

    - Azərbaycanın Rusiyanın bu istəklərinə müqavimət göstərmək potensialı nə dərəcədə genişdir?

    - Müqavimət ondan ibarətdir ki, rusların istəyini yerinə yetirməyək. Kim buna bizi məcbur edir? Oradan Vladimir Jirinovskini hürdürürlər. Buna fikir vermək lazım deyil. Jirinovski haranın tulasıdır?
    Biz Jirinovskiyə fikir verməsək, onun dediklərinə reaksiya göstərməsəydik, bu zaman məcbur olub Sergey Lavrov danışacaqdı. Lavrova da mədəni şəkildə Ceyhun Bayramov cavab verməli idi. Oyun budur.
    Hələlik, yaxşı haldır ki, qarşıdurma mükalimə şəraitində, söz dueli formasında keçir. Yəni topla, tüfənglə, raketlə getmir. Müqavimət göstərmək lazımdır. Xarici İşlər Nazirliyinin vəzifəsi nədir?
    Diplomatik danışıqlar aparmaq, bəyanatlar vermək, vəziyyəti qiymətləndirmək, dövlət başçısına izahat vermək, mübahisəli anlarda mövqeni ifadə etmək və s. Bununla da Ceyhun Bayramov məşğul olsun. Heç kəs Bayramovu yer şumlamağa, xəndək qazmağa göndərmir. Diplomatik vəzifəsini icra edir, Allah köməyi olsun.
    Hərbçilərimiz də öz mövqeyini möhkəmləndirir, xəndək qazır, kazarma tikir, yeni hərbi hissələr qurur və s. Bunlar da normaldır. Hər kəs öz peşəsi ilə məşğul olmalıdır. 

    - Bəzi ekspertlər qeyd edirlər ki, Rusiyanın bu qanundankənar davranışları və təzyiqlərinin bir məqsədi də Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) və Avrasiya Birliyinə daxil olmağa məcbur etməkdir. Sizcə, Moskvanın belə planları ola bilərmi?

    - Mən bunu istisna etmirəm, ola bilər ki, belə istəkləri var. Ancaq bizim istəyimiz yoxdur. Belə işlərdə istək qarşılıqlı olmalıdır. Mümkündür ki, Moskvanın belə istəyi var, mən bunu bilmirəm.
    Lakin Azərbaycanın nə KTMT-yə, nə də Avrasiya Birliyinə daxil olmaq fikri var. Biz Rusiya, Belarus, Qazaxıstan, Türkmənistan, Tacikistan və digər ölkələrlə ikitərəfli əməkdaşlıq şəraitində - hərbi sahədən tutmuş iqtisadi sahəyə qədər - əməkdaşlıq etməyə hazırıq. Bunu edirik də.
    Biz həm də Qoşulmama Hərəkatının üzvüyük. Bu hərakatın dünyadakı nüfuzu da KTMT-dən qat-qat böyükdür.



    - Daha bir diqqətçəkən məqam onunla bağlıdır ki, rus hərbçilər son vaxtlar Ermənistanın Azərbaycanla sərhəd bölgələrində peyda olublar.
    Konkret olaraq Qazaxla üzbəüz yerləşən Ermənistanın Tavuş bölgəsində və Kəlbəcərlə sərhəd Vardenis rayonunda. Ruslar delimitasiya və demarkasiya getmədən Azərbaycan sərhədləri yaxınlığında özlərini göstərməklə hansı mesajlar verməyə çalışırlar?

    - Bir var mesajı ağılla oxuyasan, bir də var ağılsız oxuyasan. Nümunə gətirim, insanlar öz hesablarını götürsünlər. Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin uzunluğu 996 kilometrdir. 996 kilometrlik sərhəddə nə delimitasiya, nə də demarkasiya aparılmayıb. Rus hərbçilərinin sayı nə qədərdir ki, gəlib 996 kilometrlik sərhədə yerləşsin?
    Bunun üçün minlərlə əsgər lazımdır. O qədər rus sərhədçisi yoxdur. Gümrüdəki rus bazasında 5 minə yaxın personal var. Onun da 80 faizi Ermənistan vətəndaşlarıdır.
    Onlar rus ordusunda müqaviləli xidmət edirlər, normal maaş alırlar, ailələrini dolandırırlar və vəziyyətdən razıdırlar. Təxminən 4 minə yaxın da rus sərhədçisi var ki, Ermənistanın İran və Türkiyə ilə sərhədini qoruyurlar. Ermənistanın İranla 40 kilometrdən bir qədər az sərhədi var. Eləcə də Ermənistan-Türkiyə sərhədinin uzunluğu 311 kilometrdir.
    Ancaq 996 kilometrlik Ermənistan-Azərbaycan sərhədini qorumaq üçün Rusiyanın canlı qüvvəsi yoxdur. Sərhədə hansısa bir rus əsgəri göründü, sonra çıxıb getdi və ya qaldı, bəyəm bu bizim üçün təhlükədir? Vecimizə almayaq.
    Əgər ruslar gəlib sərhəd boyu postlar qurmaq, qurğular gətirmək, neytral zolaq şumlamaq, elektrik çəkmək kimi işə girişsələr, başqa məsələ. Ancaq bütün bunlar bilirsinizmi neçəyə başa gələr? 100 milyonlara dollara! Nə Ermənistanın belə pulu var, nə də Rusiya bu pulları xərcləmək istəmir. Elə bu pulları Rusiyadan qaçıraraq gedib xaricdə malikanələr, yaxtalar alarlar.
    Odur ki, heç kəs orada böyük sərhəd xidməti vəzifəsini boynuna götürmək istəmir. Ermənistanın isə bunun üçün nə gücü, nə maliyyəsi, nə də adamı yoxdur.
    Ermənilər qaçırlar, heç kəs Ermənistanda yaşamaq, orada qulluq etmək istəmir. 5-10 yetim-yesirin övladına hərbi forma geyindirərək salıblar ortaya. Onlar da İrəvan hökumətinin səfeh siyasətinin qurbanlarıdır.
    Ancaq Ermənistanın gələcəyi yoxdur. Reallığı tanımasa, barışmasa və beynəlxalq hüquqa uyğunlaşmasa, Rusiyanın qapazaltısı kimi qalacaq və Ermənistanın gələcəyi olmayacaq.



    - Moskvada Rusiyanın müdafiə naziri Sergey Şoyqu erməni həmkarı Arşak Karapetyanla görüşü zamanı açıq elan etdi ki, Ermənistan ordusunun döyüş qabiliyyətini bərpa etməyə, habelə hərbi-texniki əməkdaşlığı genişləndirməyə hazırdır. Bu Ermənistanı yeni müharibəyə hazırlamaq, İrəvandakı revanşist qüvvələrin mövqelərini gücləndirmək deyilmi?

    - Bir var söz, bir də var əməl. Rusiya Ermənistana hərtərəfli hərbi-texniki və maliyyə dəstəyi göstərdi. Əvvəla, VII ordunun silahını verdilər, sonra Yeltsin dövründə 1 milyard dollarlıq pulsuz silah bğışladılar, Putin dövründə də Ermənistana hey silah-sursat göndərildi və ya bağışlandı. Son 44 günlük müharibə zamanı Azərbaycan Qarabağda 360 tank məhv etdi və ya qənimət kimi götürdü.

    Təsəvvür edin ki, 360 tank - 4 tank diviziyası deməkdir. Biz 4 tank dviziyasını məhv etdik, hansı ki, son 30 ildə yaradılmışdı. İndi Rusiyanın pul və imkanı varmı ki, yenidən bu qədər hərbi strukturlar yaratsın? Pulu da yoxdur, niyyəti də. Şoyqu Karapetyana bir xəncər bağışladı və dedi ki, bu o deməkdir biz Ermənistana təzədən silah verməyə başlayrıq. Karapetyan da minnətdarlıq etdi. Bəziləri bunu belə izah edir ki, guya ruslar erməni ordusuna ən müasir silahlar verəcək.

    Amma nəzərə alın ki, belə silahlar rus ordusunda azdır. Bu ölkənin hərbi sənayesi çöküb. Nəhayət, Ermənistana 3-4 raket verilsə, guya bununla qüvvələr nisbəti dəyişir? Ermənistanın 5-6 ədəd “İskəndər” raketləri var idi, bunun da haradasa iki və ya üçünü atdı. Nəsə dəyişdi? Adi, ənənəvi silahlarla Ermənistanın yarası sağalan deyil. Onun əhalisi acdır, maliyyə imkanları yoxdur.
    Üstəlik, nə həvəsi, nə də imkanı var ki, yenidən güclü ordu qursun. Bu fakt və reallıqdır. Bir daha qeyd edirəm ki, buna görə təşvişə düşmək, həyəcan yaşamağa əsla ehtiyac yoxdur.
    Qoy danışsınlar, Şoyqu Karapetyana xəncər bağışlasın, o da desin ki, biz dostuq, müttəfiq ölkəyik. Sözdür deyirlər də. Bizdə də müxalifət hər seçkidə bəyan edir ki, bu seçkini udacağıq. Desinlər də, nə olsun.

    - Demək istəyirsiniz ki, indi Rusiyanın həm hərbi, həm də siyasi pressinqləri diplomatiyada məqsədlərini əldə etmək üçün boş gedişlərdir?

    - Bəli. Onlar hesab edirlər ki, Azərbaycan zəif tərəfdir. Biz Azərbaycana təzyiq edək, oradan Jirinovski hürsün, buradan bəyanat verək, 200 ermənini Xankəndinə gətirək.
    Beləcə, Azərbaycanı qorxudaq. 200-300 erməni hərbçisi Qarabağa gəlib nə edəcək? Lap 5 min olsun. Onlar 50 minlik ordunun - bizim 4 korpusun əhatəsindədirlər. Halbuki, bizim fikrimiz də yoxdur onlara toxunmağa. Bizə atırlar, biz də cavab veririk. Yəni həddini bil. Mən hesab edirəm ki, biz gözləməliyik, zaman bizim xeyrimizə işləyir.

    - Azərbaycan bir neçə gün əvvəl İrana nota təqdim etdi. İranın, nümayişkəranə şəkildə, aylardır Bakının nəzakətli etirazlarına məhəl qoymadan Xankəndinə yük avtomobilləri göndərməsi Azərbaycan-İran münasibətlərinin gərginləşməsinə səbəb olub. Siz bu münasibətləri, daha doğrusu Tehranın hərəkətlərini necə qiymətləndirirsiniz?

    - İranın xoşuna gəlməyən odur ki, Azərbaycan Türkiyə ilə yaxınlaşır. Niyə? Türkiyə NATO dövlətidir, Qərb hərbi-siyasi maşınının tərkib hissəsidir. Çox da müsəlman dövlətidir.
    İranın Türkiyə ilə hərbi-siyasi məqsədləri üst-üstə düşmür. Azərbaycanın Türkiyəyə yaxınlaşması da İranın xoşuna gəlmir. Və bunu da açıq deyə bilmir. Narazılığını Ermənistana onların istədiyi hansısa malları verməklə bildirir. Bu malları da yük avtomobilləri gətirir. Həmin tırların sürücülərinə də deyirlər ki, yükü boşaltma, sür Xankəndinə, sənə artıq pul verəcəyik.
    Sürücü də sürür, şoferdir də, pul qazanmaq istəyir. Bizimkilər də bunu çəkir, faktlar toplayır. İrana bu haqda bir dəfə, iki dəfə deyirlər, indi də daha açıq deyiblər.

    Narahat olmaq lazım deyil ki, tırlar Xankəndinə nəsə daşıya bilər. Nə daşıya bilər ki, bizə təhlükə törətsin? Məncə, bizim bu xəbərdarlığımız kifayətdir ki, İran siyasi rəhbərliyi özünü yığışdırsın.
    Çünki Azərbaycan hakimiyyəti açıq desə ki, ay İran, sən islam ərazisinə təcavüz edən dövlətə yardım edirsən, Azərbaycan xalqının mənafeyinə toxunursan, bu kifayət edər ki, Təbriz ayağa qalxsın.
    Biz bunu etmirik, ona görə ki, İranla münasibətləri pozmaq istəmirik. Eyham etdik ki, özünü yığışdır, yoxsa biz çomağın o biri tərəfini çevirərik. Diplomatik oyundur, söz davası gedir. Bütün bunları sakit və normal şəkildə müşahidə etmək lazımdır. 

    - Rusiya və İranın Azərbaycana qarşı koordinasiyalı fəliyyətini müşahidə edirsinizmi?

    - Bəzi istiqamətlərdə Rusiya və İranın mövqeyi üst-üstə düşür, bəzi istiqamətlərdə mövqelər ziddiyyətli olur. O cümlədən Qarabağ məsələsində. İran istəməzdi ki, Ermənistan və Qarabağ Rusiyanın təpiyi altında olsun. Ancaq istəmir ki, Azərbaycan da güclənsin, Türkiyə ilə yaxınlaşsın. Arzu edir ki, biz İranla yaxınlaşaq.
    Amma Azərbaycan siyasi rəhbərliyinin mövqeyi Türkiyə ilə əməkdaşlıq və yaxınlaşmaqla bağlıdır. Biz bunu bildiyimiz üçün İranla münasibətlərə də dözümlü yanaşmalıyıq. Rusiya ilə birləşib bizə qarşı nə edə bilərlər? Qarabağ məsələsində İran Azərbaycana qarşı heç nə edə bilməz. Niyə? Çünki Cənubi Azərbaycan amili var. Bu İran üçün intihara bərabər olardı.
    Əgər Qarabağ məsələsində açıq şəkildə Ermənistan və Rusiyanın tərəfinə keçsəydi, elə cavab alardı ki, peşman olardı. Mən əminəm ki, onlar belə etməyəcək və son hadisələrdən nəticə çıxarmalı olacaqlar.

    Oxunub: 438
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.