"Barselona"dan çətin qələbə
İspaniya La Liqasında 27-ci turun oyunları keçirilir.
Qol.az xəbər verir ki, ötən gün "Barselona" "Real Sosyedad"ı qəbul edib. Matçın 81-ci dəqiqəsində kapitan Lionel Messinin penaltidən vurduğu qol kataloniyalılara qələbə qazandırıb.
Xalını 58-ə çatdıran "Barselona" ilk pilləyə yüksəlib. Bir oyun az keçirən "Real" 56 xalla 2-cidir.
Oxunub: 351
Xəbəri paylaş
Paylaş: