“Böyük yeddilər” gələn həftə Əfqanıstanla bağlı onlayn sammit keçirəcək
ABŞ prezidenti Cozef Bayden və Böyük Britaniyanın baş naziri Boris Conson çərşənbə axşamı telefon söhbətinin gedişatında G7-nin (“Böyük yeddilər”) gələn həftə Əfqanıstanda vəziyyətə həsr edilmiş onlayn-sammitini keçirməyə razılaşdırıblar.
TASS xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti bildirib."Onlar ümumi strategiyanı və yanaşmanı müzakirə etmək üçün gələn həftə G7 liderlərinin virtual görüşünü keçirməyə razılaşdırdılar", - xəbərdə qeyd edilir.Qeyd edək ki, Britaniyanın baş naziri Boris Consonla ABŞ prezidenti Cozef Bayden arasında telefon danışığı olub. Britaniyanın hökumət başçısı ABŞ-ın dövlət rəhbəri ilə Əfqanıstanda yaranmış vəziyyəti müzakirə edib.
Oxunub: 321
Xəbəri paylaş
Paylaş: