Kabil təyyarəsində insan qalıqları tapıldı -
ABŞ araşdırma başlatdı
Taliban Əfqanıstanda nəzarəti ələ keçirdikdən sonra, təxliyə əməliyyatlarının aparıldığı Kabil hava limanında insan faciəsi yaşanır.
Ötən gün ölkəni tərk etmək istəyən insanlar havaya qalxmağa hazırlaşan təyyarələrə dırmaşıblar və bəziləri həmin təyyarələrdən yerə yıxılıblar.
ABŞ Hərbi Hava Qüvvələri açıqlama verərək, Hərbi Hava Qüvvələri Xüsusi İstintaq Agentliyinin Kabil Hava Limanından havaya qalxan C-17 Globemaster tipli hərbi yük təyyarəsinin eniş mexanizmində tapılan insan qalıqları ilə bağlı araşdırmaya başladığını bildirib.
Açıqlamada, qalıqların təyyarənin Qətərdəki Əl -Udeid Hava Bazasına endikdən sonra aşkarlandığı bildirilir.
Oxunub: 553
Xəbəri paylaş
Paylaş: