Bakını Naxçıvan və Türkiyə ilə birləşdirəcək yollar -
DETALLAR
Avqustun 17-də Moskvada üçtərəfli komissiyanın növbəti iclası keçirilib.
Azərbaycan, Ermənistan və Rusiyanın baş nazir müavinləri Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bərpasını müzakirə ediblər.
Görüşdə bu ilin sonuna qədər Bakı-Laçın-Gorus-Sisian-Naxçıvan-Türkiyə avtomobil yolunun açılması təklif olunub. Bundan başqa, 2023-cü ilin sonuna qədər Bakı-Horadiz-Mehri-Naxçıvan-Türkiyə dəmir yolu xəttinin istifadəyə verilməsi də müzakirə olunub.
Məlumata görə, həm avtomobil yolu, həm də dəmir yolu xəttinə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları həyata keçirəcək./modern.az
Oxunub: 371
Xəbəri paylaş
Paylaş: