Türk ordusu Əfqanıstandan çəkilir?- Çavuşoğlu açıqlama verdi
Nazir bu barədə danışmağın hələ tez olduğunu bildirib.
“İndi yeni şərtlər yarandığı üçün bunu söyləmək tezdir. Biz Kabil Hava Limanının hərbi qanadındayıq. Mülki tərəfdə xaos hökm sürür. Təyyarələrin eniş və qalxması ilə bağlı problem yaranıb. Təəssüf ki, ölənlər də var. Çox üzüldük. Missiyaların təxliyəsi davam edir”, - Çavuşoğlu qeyd edib.
Türkiyənin baş diplomatı hakimiyyəti ələ keçirən Talibanla danışıqların aparıldığını söyləyib.
O, Talibanın Türkiyə ilə əməkdaşlıq məsələsinə dair müsbət açıqlamalarından məmnun olduqlarını deyib.
Oxunub: 120
Xəbəri paylaş
Paylaş:





















