Çin "Taliban" hökumətini tanıyacağını bəyan edib

Çin hakimiyyəti radikal "Taliban" hərəkatı tərəfindən ölkəyə yeni hökumət qurulduqdan sonra Əfqanıstana kömək etmək niyyətindədir.
TASS xəbər verir ki, bu açıqlamanı dünən ÇXR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Lijian verilib."Əfqanıstanda sülhün bərpası üçün töhfəmizi verməyə davam edəcəyik və bu ölkəyə sosial-iqtisadi inkişafını stimullaşdırmaq üçün hər cür kömək göstərəcəyik", - deyən çinli diplomat Əfqanıstan əhalisinin sülhə can atdığını xatırladıb.
"Pekin ümid edir ki, bütün maraqlı tərəflər fikir ayrılıqlarını sülh yolu ilə həll edəcəklər. İndiki mərhələdə Əfqanıstanın sabitliyi bərpa etməsi lazımdır. Çin hər zaman əfqan xalqına qarşı dostluq siyasəti həyata keçirəcək", - deyə o bildirib.
Diplomat qeyd edib ki, Çinin Əfqanıstanla yeni diplomatik əlaqələr qurub -qurmayacağı barədə yalnız orada öz ölkəsinin maraqlarını kifayət qədər təmsil edən tolerant bir hökumət qurulduqdan sonra danışmaq mümkün olacaq: "Pekinin Əfqanıstan məsələsindəki mövqeyi aydın və birmənalıdır. Əfqanıstanda yeni hökumətin qurulmasını gözləyəcəyik və o höküməti tanıyacağıq".
Oxunub: 377
Xəbəri paylaş
Paylaş: