BMT TŞ Suriya üzrə Rusiya-Türkiyə sazişini dəstəkləməyib -
ABŞ imtina edib
Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası (BMT TŞ) Suriyanın İdlib əyaləti üzrə Rusiyanın Türkiyə ilə əldə etdiyi razılaşma barədə məlumatlandırılıb.
Bu barədə Rusiya Federasiyasının (RF) Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Vasili Nebenzya xəbər verib.
Cümə günü BMT TŞ iclasında bu sazişi dəstəkləyən bəyanat qəbul olunmalı idi, ancaq nümayədələrdən biri əleyhinə çıxış edib və sənədi bloklayıb.
«Biz, mətbuat üçün elementlər qəbul etmək istəyirdik. Ancaq nümayənələrdən birinin mövqeyinə görə, bu, mümkün olmadı» - deyə, Nebenzya bildirib.
Sonradan RİA Novosti agentliyinin verdiyi xəbərə görə, Rusiya-Türkiyə sazişini dəstələməkdən imtina edən ABŞ nümayəndəsi olub.
Oxunub: 310
Xəbəri paylaş
Paylaş: