BVF Əfqanıstana maliyyə yardımını dayandırıb
“Radikal “Taliban” hərəkatı Beynəlxalq Valyuta Fondunun Əfqanıstana ayrılan resurslarına daxil ola bilməyəcək”.
Bu barədə BVF -nin mətbuat xidmətinin yaydığı yazılı açıqlamada deyilir.
Bildirilib ki, hal -hazırda beynəlxalq ictimaiyyətdə Əfqanıstan hökumətinin tanınması ilə bağlı yekun qərara omadığı üçün ölkənin BVF-nin maliyyə mənbələrinə çıxışı dayandırılıb.
Qeyd edək ki, gələn həftə BVF Əfqanıstana təxminən 400 milyon ABŞ dollarlı həcmində yardım köçürməli idi.
Oxunub: 238
Xəbəri paylaş
Paylaş: