Türkmənistan Əfqanıstandan təxliyə işləri üçün hava məkanını açıb
Türkmənistan Əfqanıstandan xarici ölkə vətəndaşlarının evakuasiyası üçün hava məkanından istifadəyə icazə verib.
TASS- xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Türkmənistan beynəlxalq öhdəliklərini yerinə yetirir və beynəlxalq humanitar hüququn norma və tələblərinə uyğun şəkildə xarici ölkə vətəndaşlarının təxliyəsi üçün ölkənin hava məkanından istifadəsini təmin edir.
Oxunub: 330
Xəbəri paylaş
Paylaş: