Bayden hakimiyyətdən uzaqlaşdırıla bilər -
10 min amerikalı “Taliban”ın tabeliyində
Qalmaqallı konqresmen Marcori Teylor Qrin ABŞ Prezidenti Cozef Baydenə üç impiçment elan etmək təklifi irəli sürüb.
Xarici KİV xəbər verir ki, respublikaçı konqresmen 10 min amerikalını “Taliban”ın tabeliyi altında qoyduğuna görə Baydenin hakimiyyətdən uzaqlaşdırılmasını tələb edib.
Onun fikrincə, ölkə rəhbəri immiqrasiya qanunvericiliyini pozaraq dərin böhrana səbəb olub.
Bundan əlavə, xanım konqresmen hesab edir ki, Baydenin prezidentliyi müddətində ABŞ dünyada nüfuzunu itirib və bu səbəbdən ona impiçment elan edilməlidir.
Qeyd edək ki, Baydenin impiçmenti haqqında qətnamə layihəsi ABŞ Konqresinə çıxarılıb.
Oxunub: 325
Xəbəri paylaş
Paylaş: