Britaniya XİN rəhbəri ABŞ dövlət katibi ilə Əfqanıstanı müzakirə edib
Böyük Britaniyanın xarici işlər naziri Dominik Raab və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Telefon danışığı zamanı tərəflər Əfqanıstanda baş verən hadisələri müzakirə ediblər.
“ABŞ-la vətəndaşlarımızın və əfqanların təxliyəsi, eləcə də terrorizmlə mübarizə, humanitar yardımların göstərilməsi və regional sabitliyin təmin edilməsi üçün beynəlxalq strategiya hazırlamaq üçün əməkdaşlıq edirik” - deyə, D. Raab özünün tviter səhifəsində yazıb.
Oxunub: 345
Xəbəri paylaş
Paylaş: