Zelenski ilə Merkel arasında görüş keçirilib

TASS xəbər verir ki, Kiyevdə baş tutan görüşdə ikitərəfli münasibətlərin geniş spektrinə dair məsələlər, həmçinin regional və qlobal gündəmə dair problemlər müzakirə olunub.
Zelenski görüşün əsas mövzusunun Donbass münaqişəsi olduğunu bəyan edib. Dövlət başçısı “Normand formatı”nda görüşlərin davam etdirilməsini dəstəklədiyini bildirib. Onun bu mövqeyi Merkel tərəfindən də bəyənilib.
Almaniya Kansleri qeyd olunan format çərçivəsində dövlət rəhbərləri səviyyəsində müzakirələrin aparılmasının vaciibliyini vurğulayıb.
Merkel, həmçinin Ukraynadan Avropaya qaz tranziti barədə razılaşmanın 2024-cü ildən sonrakı müddət üçün uzadılacağına ümid etdiyini bildirib.
Oxunub: 376
Xəbəri paylaş
Paylaş: