Azərbaycan “Taliban”ı tanıyacaqmı?- "Normal münasibət qurulması istisna olunmur”

Əfqanıstanda hakimiyyət dəyişikliyi dünyanın əsas gündəm mövzusu olaraq qalır. Artıq bir sıra ölkələr Əfqanıstanda rəhbərliyi ələ alan “Taliban”la bağlı rəsmi mövqeyini ortaya qoyub və hansı şərtlər daxilində taliblərlə əməkdaşlıq edə biləcəklərini açıqlayıblar.
Qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da rəsmi Ankaranın “Taliban” rəhbərliyi ilə dialoqa hazır olduğunu bəyan edib. O, həmçinin bildirib ki, Türkiyə “Taliban”ın verdiyi mesajları müsbət qarşılayır.
Bəs, Azərbaycanın “Taliban”la bağlı mövqeyi necə olacaq? Ölkəmiz Əfqanıstanın yeni rəhbərliyi ilə hansı şəraitdə əməkdaşlıq edə bilər?
Məlumat üçün bildirək ki, hakimiyyət dəyişikliyindən əvvəl Azərbaycan və Əfqanıstanın münasibətləri iki ölkənin maraqlarını təmin edirdi. Əfqanıstan Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabrın 21-də ilk tanıyan dövlətlərdən biridir. 1994-cü ildən ölkələr arasında diplomatik münasibətlər mövcuddur.

2012 -ci ildən isə Bakıda Əfqanıstanın səfirliyi fəaliyyət göstərir. Siyasi cəhətdən mövqelərimiz üst-üstə düşdüyü üçün Əfqanıstan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəkləyib və dövlətimizin ərazi bütövlüyü ilə bağlı dəfələrlə bəyanatlarla çıxış edib.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Azərbaycan Əfqanıstanda gedən prosesləri diqqətlə izləməlidir:
“Əfqanıstanda yaranmış yeni hərbi və siyasi vəziyyətlə bağlı beynəlxalq ictimaiyyət hələlik gözləmə mövqeyindədir, Azərbaycan da bu barədə tələsməyəcək, mövqeyinə uyğun çıxış edəcək.

Biz gözləməliyik ki, digər region ölkələrinin münasibəti necə olacaq. Amma bir məsələni qeyd etmək lazımdır ki, artıq biz Türkiyə Prezidentinin “Taliban”la bağlı geniş çıxışını eşitmişik. Bizim digər dostumuz olan Pakistanın da bununla bağlı mövqeyini bilirik. Əlbəttə, dost ölkələrin rəyi bizim üçün çox vacibdir. Amma eyni zamanda bizim də buna aid mövqeyimiz önəmlidir. Bu mövqe hələ formalaşır.
Təkcə bizdə yox, bir çox ölkələr “Taliban”a aid fikirlərini və mövqeyini formalaşdırır. Biz hamıdan nümunə götürüb, vəziyyəti izləyirik. Vəziyyət yaxşı olarsa, normal münasibətlərin qurulması istisna olunmur”.

Oxunub: 251
Xəbəri paylaş
Paylaş: