“Taliban” ABŞ-ı hədələdi: “31 avqusta qədər getməsələr, bunun nəticələri ilə üzləşəcəklər”

Bu barədə “Sky News” telekanalına müsahibəsində “Taliban”ın Qətər siyasi ofisinin rəsmi nümayəndəsi Məhəmməd Süheyl Şahin bildirib.
“Bu qırmızı xəttimizdir. Prezident Bayden elan edib ki, 31 avqusta qədər onlar bütün silahlı qüvvələri çıxaracaqlar. Əgər onlar mövcudluqlarını uzatsalar, bu işğal müddətinin uzadılması anlamına gələcək”, - deyə o bildirib.
M.Şahin qeyd edib ki, taliblər ABŞ və ya Böyük Britaniyaya əlavə vaxt vermək fikrində deyil.
“Bu aramızda etimadsızlığa səbəb olacaq. Əgər onlar işğalı davam etdirməyə qərar versələr, buna müvafiq reaksiya veriləcək”, - deyə M.Şahin vurğulayıb.
Oxunub: 242
Xəbəri paylaş
Paylaş: